ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Szinpinlə görüşəcək.
1xeber.media xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karolina Levitt deyib.
Levitt bildirib ki, görüş 14-15 may tarixlərində Pekində baş tutacaq.
Həmçinin vurğulanıb ki, Çin liderinin ABŞ-a cavab səfəri bu ilin sonlarında gözlənilir.
Qeyd edək ki, daha əvvəl D.Tramp İranla hərbi münaqişə fonunda mart ayına planlaşdırılan Çinə səfərinin təxirə salındığını elan etmişdi.

















