Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İranla müharibəyə son qoymaq istəyirlər, lakin regionda sabitliyi azalda biləcək razılaşmanın tezliklə bağlanmasından ehtiyat edirlər
1xeber.media xəbər verir ki,b bu barədə "Washington Post" qəzetinə rəsmi şəxslər və analitiklər məlumat verib.
Rəsmi şəxslər bildiriblər ki, Körfəz dövlətləri Tehrana qarşı təzyiqin saxlanılmasının tərəfdarıdırlar və əgər İran öz raket, pilotsuz uçuş aparatı və nüvə proqramlarına məhdudiyyətlər qoyulması ilə razılaşmasa, kampaniyanın gücləndirilməsini dəstəkləyəcəklər.
“Onlar İranı itaətkar görmək istəyirlər” - deyə yüksək rütbəli avropalı məmur bildirib, digər bir rəsmi şəxs isə hədəfin müharibədən sonra daha sabit güc balansı üçün şərait yaratmaq olduğunu qeyd edib.
Hesabatda deyilir ki, Qətər, Küveyt və Bəhreyn ümumilikdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəkləyir, Oman isə hələ də müharibənin əleyhinə çıxış edir və İranı dəstəkləməyə davam edir.

















