
Leninqrad vilayətində yerləşən "Kirişinefteorqsintez" (Kinef) neft emalı zavodu martın 26-na keçən gecə PUA zərbəsi səbəbindən neft emalını dayandırıb.
1xeber.media xəbər verir ki,bu barədə Reuters agentliyi sahə üzrə iki mənbəyə istinadən məlumat yayıb.
İllik gücü 20 milyon tona qədər olan və neft emalı həcminə görə Rusiyada ikinci yeri tutan zavodda yanğın baş verib. Nəticədə hər iki əsas qurğu — AVT-4 və AVT-6 zədələnib.
Reuters-in həmsöhbətləri bildiriblər ki, həmin qurğuların bərpa müddəti hələlik məlum deyil.

















