İranın xarici işlər naziri Abbas Araqçi amerikalı əsgərləri Körfəz Əməkdaşlıq Şurası ölkələrindəki hərbi bazalardan qaçaraq mülki məkanlarda gizlənməkdə ittiham edib.
“Bu müharibənin əvvəlindən amerikalı əsgərlər Körfəz ölkələrindəki hərbi bazalardan qaçıb otellərdə və ofislərdə gizlənirlər”
1xeber.media xəbər verir ki,bu barədə Araqçi “X” hesabında yazıb.
O bildirib ki, bu addım Körfəz ölkələrinin mülki şəxslərindən “canlı qalxan” kimi istifadə etməyə bərabərdir.
“ABŞ-da otellər müştərilər üçün təhlükə yarada biləcək hüquq-mühafizə orqanlarının əməkdaşlarına rezervasiyadan imtina edirlər. Körfəz ölkələrinin otelləri də eyni cür davranmalıdır” - deyə o qeyd edib.

















