İran beynəlxalq gəmiçiliyə qarşı yönəlmiş biabırçı hərəkətlərinə və beynəlxalq hüquq normalarının pozulmasına son qoysa, Hörmüz boğazı elə sabah da açıla bilər.
1xeber.media xəbər verir ki,bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, beynəlxalq hüququn qayğısına qalan bütün ölkələr bu vəziyyətlə bağlı addım atmalıdırlar.
“Böyük yeddilik (G7) ölkələri tərəfindən yardıma gəlincə, bu, bizim üçün kömək deyil. Artıq dediyim kimi, ABŞ-ın enerji resurslarının yalnız cüzi bir hissəsi Hörmüz boğazından keçir. Boğazın açılmasında bütün dünya dərindən maraqlıdır, ona görə də onlar fəallaşmalı və bu məsələni həll etməlidirlər” - deyə ABŞ dövlət katibi Marko Rubio vurğulayıb.

















