ABŞ İranın "Handala" qruplaşmasını ovlamağa başlayıb.
1xeber.media xəbər verir ki,ABŞ Dövlət Departamenti İranla əlaqəli kiber-cinayətkarlar haqqında məlumat verənlər üçün 10 milyon dollar mükafat elan edib. Xüsusi xidmət orqanlarının diqqət mərkəzində "Handala" qruplaşması və "Parsian Afzar Ryan Borna" strukturuna daxil olan hakerlər yer alıb.
Bu kəskin addıma səbəb FTB-nin (FBI) Kaş Patelin şəxsi e-poçtunun sındırılması barədə yaydığı bəyanat olub. Hakerlər nəinki rəsmi şəxsin məxfi məlumatlarına giriş əldə edib, həmçinin həmin materialları kütləvi şəkildə açıq sənədlərə sızdırıblar. İndi Vaşinqton iranlı kiber-hücumçuların şəxsiyyətini müəyyənləşdirməyə və onları məsuliyyətə cəlb etməyə kömək edəcək məlumat üçün səxavətlə ödəməyə hazırdır.
















