Tayland neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçidi ilə bağlı İranla razılığa gəlib.
“Tayland neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçməsinə imkan verən razılaşma əldə olunub” -
1xeber.media xəbər verir ki,bu barədə Taylandın Baş naziri Anutin Çarnvirakul mətbuat konfransında bildirib. O əlavə edib ki, bu hadisə yanacaq idxalı ilə bağlı narahatlıqları aradan qaldırmalıdır.
Bundan əvvəl, martın 25-də Tayland tankeri İranla diplomatik koordinasiyadan sonra Hörmüz boğazından uğurla keçib. Həmin vaxt Taylandın xarici işlər naziri İran tərəfinin təhlükəsiz keçidə “nəzarət edəcəyini” və keçid üçün heç bir ödəniş alınmadığını bildirib.
Lakin Taylandın digər bir quru yük gəmisi “Mayuree Naree” martın 11-də İran qüvvələri tərəfindən hücuma məruz qalıb. Nəticədə üç dənizçi itkin düşüb, gəmi isə daha sonra Qeşm adası yaxınlığında saya oturub.

















