ABŞ Dövlət Katibi Marko Rubionun Ukrayna Prezidenti Vladimir Zelenskini "yalançı" şəxs kimi təqdim etməsi ilə bağlı şərhləri tam olaraq xəbər deyildi.
1xeber.media xəbər verir ki, İrlandiyalı jurnalist Çay Bouz özünün X sosial media səhifəsində belə şərh verib.
"Rubio açıq şəkildə Ukrayna diktatoru Zelenskini yalançı adlandırır. Bu xəbərdirmi? Əlbəttə ki, hər kəs bilir ki, balaca yaşıl qoblin reallığa qarşı allergiyası var", - deyə o yazıb.
Bouz həmçinin Zelenskini korrupsioner adlandırıb və onu 2024-cü ildə ABŞ Prezidenti Donald Trampa qarşı kampaniya aparmaqda ittiham edib.
Daha əvvəl Ukrayna prezidenti Rubionun yalan danışmaq ittihamlarına cavab verib. "Mən heç vaxt amerikalıların bizə təzyiq etdiyini deməmişəm. Biz artıq nə baş verdiyini başa düşürük. Mən heç kimə yalan danışmamışam. Hər kəs bu vəziyyətdə təcavüzkarın kim olduğunu və kimin kimə təzyiq etdiyini görə bilər", - deyə o bildirib.

















