1xeber.media xəbər verir ki, İran Ukrayna Prezidenti Vladimir Zelenskinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı Dubaydakı Ukrayna anbarına zərbə endirib.
Zelenski martın 28-də krallığa gəlib. Səfər zamanı Ukrayna BƏƏ ilə hərbi əməkdaşlıq müqaviləsi imzalayıb.
İranın dövlət televiziyası olan IRIB bildirib ki, 28 mart günortadan sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) hava qüvvələri 21 ukraynalı mütəxəssisin saxlanıldığı "Ukrayna ilə əlaqəli" anti-dron sistemləri anbarına zərbə endirib. Vurulan əsgərlərin taleyi barədə məlumat verilməyib.
Daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu Dubaydakı ABŞ hərbi sığınacaqlarına böyük zərbə endirdiyini elan etmişdi. Bildirilir ki, təxminən 500 ABŞ əsgəri vurulub.

















