“Biz demək olar ki, bu işi bitiririk” - ABŞ prezidenti Donald Tramp İrandakı hərbi əməliyyatlar və xarici siyasət barədə yeni bəyanatlarla çıxış edib.
1xeber.media xarici KİV istinadla Donald Trampın müraciətindən digər diqqətçəkən məqamları təqdim edir:
“Biz hələ bir neçə zərbəyə də dözməli olacağıq”.
“Əgər İranla razılaşma baş tutmasa, mən Vensi (vitse-prezident C.D. Vens) günahlandıracağam. Əgər razılaşma əldə olunsa, bütün uğuru öz üzərimə götürəcəyəm”.
“Mənə lazım olan sonuncu şey NATO-nun yolumuzun üstündə dayanması idi, çünki onlar sadəcə ‘kağız pələnglərdir’. Beləliklə, onlar bizə lazım deyil”.
“Bizim Ukraynaya müdaxilə etməyimizə ehtiyac yox idi. Ukrayna bizdən minlərlə mil uzaqda, okeanın o biri tayında yerləşir”.
“Bizim axmaq bir prezidentimiz (Cozef Bayden) var idi. O, onlara 350 milyard dollar verdi və əvəzində heç nə almadı. Onlara o qədər çox pul verdi ki, o qədər sursat xərclədi ki...”.
“İndi biz hər yerdə sursat istehsal edirik, çünki onlar bizə lazımdır. Axı o, Ukraynaya hədsiz çox sursat vermişdi”.

















