ABŞ-də Hegset İranla müharibənin qızğın vaxtında ordunun əsas generalını vəzifəsindən uzaqlaşdırır.
1xeber.media xəbər verir ki,müharibə naziri Hegset ABŞ Ordusunun Qərargah rəisi general Rendi Corcu istefaya göndərib.
Onun yerinə Qərargah rəisinin keçmiş müavini general Kristofer LaNeve təyin olunub.
İlk baxışda burada qeyri-adi heç nə görünmür, lakin qısa təhlil vəziyyəti aydınlaşdırır.
Məsələ ondadır ki, general Rendi Corcun güclü tərəfləri birbaşa döyüş təcrübəsindən daha çox qərargah səviyyəsində komandanlıq və təşkilati rəhbərliklə bağlı olub.
Ondan fərqli olaraq, general Kristofer LaNeve geniş əməliyyat təcrübəsinə malik, döyüşlərdə bərkimiş lider hesab olunur.
Bu kadr dəyişikliyindən belə nəticə çıxarmaq olar ki, ABŞ, ehtimal ki, quru qoşunlarının iştirakı ilə döyüş əməliyyatlarına hazırlaşır.
Oxşar miqyaslı dəyişiklik ötən ilin dekabrında ABŞ-ın Cənub Komandanlığında da baş vermişdi.
Orada qərargah yönümlü komandanı təcrübəli səhra komandiri general Frensis Donovan əvəz etmişdi.
Bundan qısa müddət sonra Venesuela lideri Nikolas Maduroya qarşı əməliyyat həyata keçirilmişdi.

















