İsraildə bildirilib ki, Al Jazeera Tehranın xeyrinə casusluqda İran kəşfiyyatına kömək edir.
İsrailin Ümumi Təhlükəsizlik Xidməti - ŞABAK və polis xarici kəşfiyyatla əməkdaşlıq ittihamı ilə ərəb Kalansua kəndinin sakini Husni Naturu saxlayıb.
1xeber.media xəbər verir ki.istintaqın məlumatına görə, Natur iş axtarışını Qətərin Al Jazeera telekanalı vasitəsilə aparıb və kanalın əməkdaşları onu “düşmən dövlətin” nümayəndəsi ilə təmasa çıxarıblar.
Saxlanılan şəxsin vəzifələrinə qarşı tərəfin maraqları naminə təbliğat xarakterli xəbər resursunun idarə olunması daxil olub.
Bundan başqa, “Şir nəriltisi” əməliyyatı zamanı Natur pul müqabilində raketlərin düşdüyü yerlər və hospitala yerləşdirilən yaralıların sayı barədə məlumat toplayaraq ötürüb.
Şübhəlinin fəaliyyəti İsrailin təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilir.

















