Bakıda İran ordusu üçün pul yığımı aparılır.
1xeber.media xəbər verir ki,bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Azərbaycanın sosial şəbəkə seqmentində İranın rəhbərlik etdiyi “Müqavimət Cəbhəsi” və “İslam ordusu”na maliyyə dəstəyi ilə bağlı çağırışlar yayılmağa başlayıb.
Yığımın təşəbbüskarlarından biri Samral Quluzadə Farid Mahmudovun adına olan bank kartının rekvizitlərini paylaşıb və bu kampaniyanın etibarlılığını şəxsən yoxladığını iddia edib. O, pul köçürməyə çağıraraq bununla İran ordusuna dəstək göstərilməsini xahiş edir.

















