Pavel Durov “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasına verilən səslərin Telegram-da saxtalaşdırıldığını bəyan edib.
1xeber.media xəbər verir ki.müharibəyə dəstək verən blogerlərdən biri tərəfindən keçirilən sorğuda səslərin 40%-i sözügedən partiyanın payına düşüb. Pavel Durov şərhlərdə bildirib ki, sorğudakı səslərin 90%-i “ekzotik ölkələrdən” olan botlar tərəfindən süni şəkildə artırılıb.
Telegram-ın təsisçisi səsvermələri bu cür saxtalaşdırmalardan qorumaq üçün yeni alətlərin istifadəyə veriləcəyini anons edib.
















