Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tiflisdə Qəhrəmanlar Memorialını ziyarət ediblər.
1xeber.media xəbər verir ki, Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı Memorialın önünə əklil qoydu.
Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.
















