Azərbaycanda yağıntılar sabah da davam edəcək.
Bu barədə 1xeber.media Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəyi gözlənilir.
Qeyd edək ki, iki gündür ölkə ərazisində intensiv yağış yağır.
















