İranda yanvar etirazlarının daha bir iştirakçısı edam edilib.
İran yanvar ayında ölkəni bürümüş ümummilli etirazlarla bağlı ittiham olunan daha bir şəxs barəsində çıxarılmış ölüm hökmünü icra edib.
1xeber.media xəbər verir ki,İran məhkəmə sisteminin "Mizan" xəbər agentliyi bazar ertəsi günü bildirib ki, edam edilən şəxsin adı Əli Fəhimdir. O, asılaraq edam edilib. Edamın dəqiq nə vaxt həyata keçirildiyi açıqlanmır.
Fəhim, silah ələ keçirmək məqsədilə hərbi bazaya basqın etməkdə təqsirli bilinib.
















