İsrail, danışıqların iflasa uğrayacağı təqdirdə İrandakı yenilənmiş hədəflər siyahısını təsdiqləyib
1xeber.media xəbər verir ki,bu barədə CNN məlumat yayıb.
Siyahıya İran ərazisindəki energetika və infrastruktur obyektləri daxildir - bu barədə İsrailin iki mənbəsi CNN telekanalına məlumat verib.
“İsrail Trampın növbəti addımlarla bağlı qərarını gözləyir, lakin Amerikanın yaşıl işığını gözləyərkən yaxın həftələr üçün əlavə planlarımız var” - deyə İsrailin təhlükəsizlik sahəsindəki rəsmisi telekanala bildirib.
İkinci mənbə qeyd edib ki, İsrail İranla sazişin əldə olunmasına son dərəcə şübhə ilə yanaşır.

















