BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ-ı İranın mülki infrastrukturuna zərbələr endirməkdən çəkindirib.
BMT Baş katibi Antoniu Quterreş ABŞ-a xəbərdarlıq edib ki, mülki infrastruktura hücum beynəlxalq hüquqla qadağandır - bu barədə bazar ertəsi onun rəsmi nümayəndəsi bəyanat verib.
“Hətta konkret mülki infrastruktur obyekti hərbi hədəf hesab oluna bilsə belə” - deyən nümayəndə Stefan Düjarrik vurğulayıb ki, əgər zərbə “mülki əhali üçün həddindən artıq dolayı zərər” riski daşıyırsa, belə bir hücum yenə də qadağan olunmuş sayılır”.
O əlavə edib ki, bu cür hücumların müharibə cinayəti olub-olmaması barədə qərarı məhkəmə verməlidir”.

















