Səudiyyə Ərəbistanı Kral Fəhd körpüsünü bağlayıb.
ABŞ-ın İranın infrastrukturuna zərbə endirmək təhdidləri və Tehranın cavab addımları ehtimalı fonunda Səudiyyə Ərəbistanı ölkəni Bəhreynlə birləşdirən Kral Fəhd körpüsünü bağlayıb.
Qeyd edək ki,Kral Fəhd körpüsü - Əl-Xubar şəhərini ada dövləti olan Bəhreynlə birləşdirən körpülər və bəndlər kompleksidir. Qurğu Səudiyyə Ərəbistanının kralı Fəhd ibn Əbdüləziz Al Saudun şərəfinə adlandırılıb.

















