Azərbaycanda tələbə faciəvi şəkildə vəfat edib.
1xeber.media xəbər verir ki, Dövlət Pedaqoji Universitetində təhsil alan Esmira Elxan qızı İsyeva dünyasını dəyişib.
Məlumata görə, 2007-ci il təvəllüdlü E.İsyeva aprelin 6-da Abşeron rayonu Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. O, hadisə yerində ölüb.
O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin Fizika müəllimliyi ixtisasının birinci kursunda oxuyurdu.
Faktla bağlı araşdırma aparılır.

















