İsrail Livanla danışıqlara başlamaq üçün 3 şərt irəli sürüb
Livanın "Əd Diyar" qəzetinin diplomatik mənbələri İsrailin Beyrutla danışıqlara başlamaq üçün qoyduğu üç şərti açıqlayıb. Qüds ənənəvi müvəqqəti atəşkəs formatlarından imtina edərək "oyun qaydalarını" dəyişir:
Atəşkəs olmayacaq: İsrail danışıqların yalnız hərtərəfli sazişin əldə olunması prosesinin bir hissəsi olmasını tələb edir. Bu müddət ərzində hərbi əməliyyatların dayandırılmasından və ya qoşunların geri çəkilməsindən söhbət gedə bilməz. İsrail ordusu şərtlərin müzakirəsi zamanı "Hizbullah"ı məhv etməyə davam edəcək.
Livan ordusunun komandanının istefası: Qüds Livan Silahlı Qüvvələrinin komandanı Rudolf Heykalın vəzifəsindən azad edilməsini tələb edir. İsrail tərəfi hesab edir ki, o, "Hizbullah"ın tərksilah edilməsi prosesini sabote edir və terrorçularla birbaşa qarşıdurmaya girməkdən qəti şəkildə imtina edir.
"Regional çəkindirmə qüvvələri"nin yaradılması: Üçüncü şərt xüsusi hərbi kontingentin formalaşdırılmasıdır. Bu qüvvələrin əsas vəzifəsi "Hizbullah"ın arsenalının fiziki olaraq ləğv edilməsi olacaq.

















