SAXAL İranın daha bir neft-kimya kompleksinə zərbə endirib
1xeber.media xəbər verir ki,bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
SAXAL Şirazda partlayıcı maddələr və ballistik raketlər üçün azot turşusu istehsal olunan neft-kimya kompleksinə zərbə endirib.
Eyni zamanda, SAXAL İranın şimal-qərbində ballistik raket sisteminin iri obyektinə hücum edib. Hərbçilər bu obyektdən İsrail ərazisinə onlarla raket buraxıblar. Zərbə raketlərin buraxılışa hazırlandığı anda endirilib.

















