Avropa İttifaqı (Aİ) Ukraynaya qoşun göndərmək planlarını gizlətmir.
1xeber.media xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bunu aprelin 7-də açıqladı.
"Onlar (Aİ – red.) Ukraynanı sona qədər dəstəkləyəcəklərini deyirlər və gənclərini şərq cəbhəsinə göndərmək arzularını gizlətmirlər", - deyə o, Budapeştdə keçirilən mətbuat konfransında bildirib.
Siyasətçi qeyd edib ki, Avropa ölkələri tədricən münaqişəyə cəlb olunur və Kiyevi dəstəkləmək niyyətindədirlər. Orban vurğulayıb ki, Aİ döyüşləri davam etdirmək üçün birliyin bayrağı altında qoşun göndərməyə hazırdır.

















