Hörmüz boğazı ABŞ və İran arasındakı atəşkəs razılaşmasına daxil edilsə də, praktikada hələ də güclə fəaliyyət göstərir.
Bu barədə NYT məlumat yayıb.
Razılaşmadan bəri oradan heç bir neft və ya qaz tankeri keçməyib, yalnız bir neçə yük gəmisi boğazı keçib.
Keçidin mümkün ola biləcəyi hallarda belə, gəmiçilik şirkətlərinin çoxu ehtiyatlı davranır və bu marşrutdan qaçırlar.

















