“Amerika imperiyasının sonu”
Bu barədə New Statesman jurnalı məlumat paylaşıb.
Britaniya jurnalında bu başlıqla məqalə dərc olunub. Müəllif hesab edir ki, İranla müharibə ABŞ-ın güc nümayişi deyil, onun zəifləməsinin siqnalı oldu.
Onun fikrincə, ABŞ prezidenti Donald Tramp tərəfindən sürətli və qətiyyətli hərəkət kimi planlaşdırılan əməliyyat strateji uğursuzluğa çevrildi. Başlanğıcda söhbət İranın nüvə potensialının zərərsizləşdirilməsindən gedirdi, lakin nəticədə hədəflər Hörmüz boğazı üzərində nəzarəti bərpa etmək və vəziyyəti ilkin nöqtəyə qaytarmaq cəhdinə qədər endi - hansı ki, bu artıq qeyri-mümkündür.
Müəllif iddia edir ki, Trampa risklər barədə xəbərdarlıq edilsə də, o, bu siqnalları görməzdən gəlib. Nəticədə, İran zəifləmək əvəzinə mövqelərini möhkəmləndirdi və ən mühüm tədarük marşrutlarından birinə nəzarət edərək dünya neft sistemində əsas oyunçuya çevrildi.
Məqalədə qeyd olunur ki, ABŞ dilemme qarşısında qalıb: ya nüfuzunu və müttəfiqlərini itirərək Yaxın Şərqdən getməlidir, ya da potensial fəlakətli nəticələri olan - Vyetnam, Əfqanıstan və İraqın cəmindən daha ciddi - genişmiqyaslı yerüstü əməliyyata cəlb olunmalıdır.
Bu vaxt isə digər oyunçular qazanır. Çin Asiyada imkanlar pəncərəsi əldə edir, Rusiya isə Avropada əlavə təzyiq rıçaqları qazanır.
Məqalədə belə bir nəticəyə gəlinir: Trampın hərəkətləri ABŞ-ın dünya dövləti kimi zəifləməsində geri dönüşü olmayan nöqtəyə çevrilə bilər”

















