Zelenski amerikalılara sərt xəbərdarlıq etdi: "Təkbaşına müdafiə oluna bilməyəcəksiniz"
"Amerikalıların bunu anlamasını istəyirəm: biz sizin Avropadakı müttəfiqlərinizik.
Artıq dünyada məsafələr qalmayıb - dronlar artıq minlərlə kilometr uzaqlıqdakı hədəfləri vurur.
Bir, iki və ya üç ildən sonra dronlar on min, iyirmi min kilometr məsafəyə zərbələr endirəcəklər. Reaktiv mühərriklərlə onlar çox ucuz başa gələcək. Belə dronlardan ibarət bütöv "sürülər" (swarm) yaranacaq.
Siz təkbaşına müdafiə oluna bilməyəcəksiniz. Dünya ölkələrə müdafiə olunmaqda və təcavüzkarı geri oturtmaqda kömək etməlidir.
Buna görə də hesab edirəm ki, amerikalıların bizə, bizimsə Birləşmiş Ştatlara ehtiyacımız var."

















