ABŞ prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə qapalı qapılar arxasında keçirdiyi gərgin görüşdə İran münaqişəsini dəstəkləməkdən imtina edən müttəfiqləri sərt şəkildə tənqid edib.
“Hər şey bərbad keçdi... təhqiramiz ifadələrdən başqa bir şey olmadı” - deyə avropalı rəsmilərdən biri bildirib. Həmin rəsmi əlavə edib ki, Tramp “görünür, demək olar ki, hər şeyi edəcəyi ilə hədələyib”.
1xeber.media xəbər verir ki,“Politico” nəşrinin məlumatına görə, bu görüş Alyans daxilində ciddi fikir ayrılıqlarının olduğunu ortaya qoyan əsas amil kimi qiymətləndirilir. Avropa tərəfi Trampın kəskin ritorikasından və nümayiş etdirdiyi mövqedən dərin narahatlığını ifadə edib.

















