İranla sülh danışıqlarında iştirak edəcək ABŞ-nin yüksək vəzifəli rəsmilərini, o cümlədən vitse-prezident Cey Di Vensi daşıyan təyyarə bu dəqiqələrdə İslamabada enib.
1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də artıq ölkəyə gəlib.
Danışıqlardan əvvəl Amerikalı rəsmilərin Pakistan rəhbərliyinin nümayəndələri ilə görüşəcəyi gözlənilir.

















