Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVII turun üç oyunu keçiriləcək.
1xeber.media xəbər verir ki, əvvəlcə meydana "Şamaxı" və “Qarabağ" komandaları çıxacaq. Şamaxı şəhər stadionunda təşkil olunacaq görüş saat 15:30-da başlayacaq.
Saat 18:00-da start götürəcək ikinci görüşdə “Zirə” "Bank Respublika Arena"da “Sabah”ın qonağı olacaq.
Son qarşılaşmada “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. “Palms Sports Arena” stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Açılış matçında "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.

















