“ABŞ ilə İran arasındakı münaqişənin 44 günü ərzində Aİ-nin enerji daşıyıcılarına xərcləri 22 milyard avro artıb”
1xeber.media xəbər verir ki,bu barədə Ursula fon der Lyayen danışıb.
Onun sözlərinə görə, Hörmüz boğazının blokadası iqtisadiyyata ciddi ziyan vurur.
Belə xərclər artımına baxmayaraq, idxalın fiziki həcmi “bir molekul belə artmayıb”.
Avropa Komissiyası aprelin 23-də keçiriləcək sammitdə Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Avropa İttifaqının neft ehtiyatlarından istifadə etməyi təklif etməyi planlaşdırır.

















