İran Prezidenti Pezeşkian bildirib ki, ABŞ bu münaqişədə heç bir insani çərçivəyə əməl etmir.
“Ümumi mənzərəyə baxın. Onlar xəstəxanalara zərbə endirir, məktəbləri vurur, doğum evlərini hədəfə alır, xəstə insanlara hücum edirlər.
Bu isə o deməkdir ki, onlar üçün nə insani dəyər var, nə də mənəvi sərhəd. Bu, həqiqi rüsvayçılıqdır və bütün dünya bunu görməlidir.
Bütün bunlara baxmayaraq, terrorçunun biz olduğumuzu iddia edirlər.
Əsl terrorçular elə özləridir - istədikləri şəxsi, istədikləri yerdə, istədikləri vaxt kütləvi şəkildə qətlə yetirənlər.
Sonra da tribunaya çıxıb insan haqlarından danışırlar. Yazıqlar olsun!”

















