Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin I rübündə proqnozla müqayisədə 9 faiz və ya 183 mln. manat çox olmaqla 2 mlrd. 132 mln. manat təşkil edib.
1xeber.media xəbər verir ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 41 mln. manat artaraq 1 mlrd. 559 mln. manat olub.
Bu ilin 3 ayında DSMF-nin xərcləri isə 2 mlrd. 53 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 189 mln. manat çoxdur.

















