1xeber.media xəbər verir ki,son günlər bəzi şəxslər sayt sahiblərinə zəng edərək özlərini hosting və ya domen xidməti göstərən şirkət kimi təqdim edir, guya aylıq və ya illik ödəniş vaxtının çatdığını bildirərək vətəndaşlardan pul tələb edirlər.
Bu zənglər fırıldaqçılıq məqsədi daşıyır.
Xüsusilə bu nömrədən gələn zənglərə inanmayın:
+994 51 895 12 43
Bu şəxslər sizi çaşdıraraq təcili ödəniş etməyə məcbur etməyə çalışırlar.
Unutmayın:
• Hosting və domen şirkətləri rəsmi e-poçt və şəxsi kabinet vasitəsilə məlumat verir.
• Telefonla təcili ödəniş tələb olunması şübhəlidir.
• Kart məlumatlarınızı və ya köçürmə etməyin.
Zəhmət olmasa bu məlumatı paylaşın ki, daha çox insan aldadılmasın.

















