Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan ayrılmaqlarına baxmayaraq parlament seçkilərində Paşinyanı dəstəkləyəcək.
1xeber.media xəbər verir ki, bu barədə Akopyanın yaxın ətrafında olan mənbələr ölkənin “İravunk” qəzetinə danışıblar.
Mənbələrin sözlərinə görə, Anna yaxınlarına Paşinyanın yenidən ölkənin Baş naziri seçilməsini dəstəklədiyini deyib və onlara da eyni addımı atmağı tövsiyə edib.
Xatırladaq ki, fevralın sonunda uzun illər vətəndaş nikahında yaşayan N.Paşinyanla A.Akopyanın ayrıldığı məlum olub. Ermənistanın “Hraparak” qəzeti cütlüyün rəsmi ayrılığına illərlə davam edən gərgin münasibətlərin səbəb olduğunu yazıb.
Onu da qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-si keçiriləcək.

















