Gürcüstanın IV-V əsrlərə aid qədim Ergisi bölgəsində (Sameqrelo) yeni qorunan ərazi, "Egrisi Milli Parkı" yaradılacaq.
Bu barədə 1xeber.media-ya Gürcüstanın Mühafizə Olunan Ərazilər Agentliyindən məlumat verilib.
Bildirilir ki, müvafiq qanun layihəsi artıq Gürcüstan Parlamentinə təqdim edilib.
Ümumu sahəsi 37.074 hektar olan əraziyə qorunan ərazi statusu veriləcək. Yeni qoruq Tsalenjixa, Çxorotsku və Martvili bələdiyyələrini əhatə edəcək. Qanunun 2027-ci ildə qüvvəyə minməsi planlaşdırılır.
Qeyd edək ki, Egrisi Qərbi Gürcüstanda IV-V əsrlərdə formalaşmış tarixi bir bölgədir . Gürcü tarixi mənbələrində Egrisi iki mənalı inzibati termin kimi istifadə edilmişdir: Egrisi Qərbi Gürcüstanın adıdır, Kolxeti və Lazika ilə eyni şəkildə başa düşülürdü. Egrisi, Rioni və Egriscali çayları arasındakı ərazinin adıdır.
Agentlikdən bildirilib ki, hazırda Gürcüstanda 94 qorunan ərazi var və bunlardan 15-i milli parkdır. Hər il yüz minlərlə turist bu təbiət qoruqlarını ziyarət edir. 2026-cı ilin əvvəlinə olan məlumata görə, qorunan ərazilərin sahəsi 927.748 hektardır ki, bu da Gürcüstan ərazisinin təxminən 13,3 faizini təşkil edir.
Gürcüstanın faunası 100-dən çox məməli növü, 330 quş növü və 160 balıq növü ilə zəngindir. Qorunan ərazilərdə 90 nadir və nəsli kəsilməkdə olan növ yaşayır ki, bu da Gürcüstanın Qırmızı Siyahısına daxil edilmiş növlərin 67 faizini təşkil edir.

















