Bakıda yol hərəkəti zamanı sürücülər arasında gərginlik qəzaya səbəb olub.
1xeber.media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Məlumata görə, hərəkət zamanı soldakı avtomobil digər nəqliyyat vasitəsinə yol verməyib. Bu zaman sağ zolaqda hərəkət edən sürücü əsəbiləşərək sürəti artırıb və irəlidə dayanan "Mersedes" markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.
















