Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirak etmək üçün Tailand Krallığının paytaxtı Banqkokda səfərdədir.
1xeber.media xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib
C.Bayramov UNESCAP çərçivəsində Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.
Tərəflər Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini və regional məsələləri müzakirə ediblər.






















