Türkiyə müxalifəti ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrakın Antalya Diplomatik Forumundakı çıxışlarından sonra onun arzuolunmaz şəxs elan edilməsini tələb edib.
1xeber.media xəbər verir ki, bu barədə "Aydınlık" qəzeti yazıb.
Nəşrin məlumatına görə, səfirin monarxiyaların Yaxın Şərqdə güclü bir idarəedici qüvvə kimi effektivliyi barədə şərhləri kəskin reaksiya doğurub.
Barrak bildirib ki, Yaxın Şərqdə işləyən yeganə siyasi rejimlər ya monarxiyalar, ya da liderin "güclü əl" ilə idarə etdiyi monarxiya elementlərinə malik respublikalardır. Onun sözlərinə görə, "demokratiya mantiyasını geyinmiş" ölkələr uğursuzluğa düçar olublar.
Nəşr bildirir ki, "Çıxışından sonra səfir sərt tənqidlərə, o cümlədən "onu ölkədən qovmaq" çağırışlarına məruz qalıb".
Bundan əlavə, Barak ABŞ-nin xarici siyasət yanaşmasına yenidən baxılmasına çağırıb. O, regiondakı ölkələrin Vaşinqtonun köməyi olmadan öz problemlərini həll etməli olduqlarını bildirib.
Türkiyə müxalifəti Tomas Barrakı yersiz açıqlamalar verməkdə və həssas siyasi məsələlərə müdaxilə etməkdə ittiham edib.

















