Türkiyədə məktəblər üçün yeni təhlükəsizlik tədbirləri elan edilib.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Yeni qaydalara görə, şagirdlər məktəbə yalnız məktəbli forması ilə gəlməlidirlər:
“Dərs saatlarında müəllimlər, şagirdlər və işçilərdən başqa heç kim məktəb binasına buraxılmayacaq. Valideynlər məktəbə yalnız təyinatla və şəxsiyyət vəsiqəsi ilə daxil ola bilərlər. Valideynlər uşaqlarının əşyalarını sinif otağında deyil, təhlükəsizlik məntəqəsində qoyacaqlar.
Zəng çalındıqdan sonra valideynlər uşaqlarını təyin olunmuş gözləmə sahəsindən götürəcəklər. Valideynlərin uşaqlarını götürdükdən sonra məktəbin həyətində gözləməsinə icazə verilməyəcək. Axtarışlar gücləndiriləcək və cinayət təşkil edən əşyalar daşıyan şagirdlər haqqında dərhal intizam tədbirləri görüləcək.
Qeyd edək ki, aprelin 14-də Şanlıurfa, 15-də isə Qəhrəmanmaraş şəhərində məktəbdə silahlı hücum baş verib. Qəhrəmanmaraşda 8-ci sinif şagirdi 10 nəfəri öldürüb, 20 nəfəri yaralayıb, daha sonra intihar edib. Şanlıurfada isə şagird 16 nəfəri yaraladıqdan sonra özünü öldürüb.

















