Hindistanın cənubundakı Tamilnad ştatında pirotexniki vasitələr istehsal edən fabrikdə güclü partlayış baş verib.
1xeber.media xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı fabrikdə 40-a yaxın işçi olub. Onlardan 25-i ölüb.
İlkin məlumata görə, partlayışın səbəbi təhlükəsizlik qaydalarının pozulması olub.

















