BƏƏ prezidentinin müşaviri Əbdülxaliq Abdulla “Reuters” agentliyinə müsahibəsində bildirib ki, ölkəsi artıq ABŞ-ın müdafiəsinə ehtiyac duymur.
“BƏƏ-nin artıq Amerika müdafiəsinə ehtiyacı yoxdur, çünki İranın təcavüzü zamanı Əmirliklər özlərini layiqincə müdafiə etməyə qadir olduqlarını təsdiqləyib.
BƏƏ-nin yeganə ehtiyacı ən yaxşı və ən yeni Amerika silahlarını əldə etməkdir. Buna görə də, ABŞ bazalarının bağlanması barədə düşünməyin vaxtı çatıb, çünki onlar strateji aktiv deyil, yükdür”, - deyə müşavir qeyd edib.

















