Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov ilə Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə Baş direktoru xanım Leah Gutierrez arasında görüş keçirilib.
1xeber.media xəbər verir ki,görüş zamanı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında su təsərrüfatı sektorunda mövcud əməkdaşlıq, həyata keçirilən layihələr və gələcək tərəfdaşlıq istiqamətləri müzakirə olunub.
Tərəflər arasında 2026–2035-ci illər üzrə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış suları və tullantı su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində ADB dəstəyi ilə həyata keçirilən “Kür–Bakı magistral su kəmərlərinin yenidən qurulması” və “Kür su təmizləyici qurğularının kompleks modernizasiyası və yenidən qurulması” layihələrinin hazırlıq mərhələsi üzrə görülən işlər, həmçinin “Hövsan Aerasiya qurğusunun reabilitasiyası” layihəsinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı potensial olaraq tərəfdaşlığın genişləndirilməsi və Milli Su Strategiyasının hədəfləri çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri də müzakirə olunub.



















