Yaponiya hökuməti ölümcül silahlar da daxil olmaqla, silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldıraraq Müdafiə Avadanlıqlarının Transferi üzrə Üç Prinsip sənədinə dəyişiklikləri təsdiqləyib.
1xeber.media xəbər verir ki, qərarı Nazirlər Kabinetinin baş katibi Minoru Kihara açıqlayıb. O bildirib ki, müasir şəraitdə heç bir ölkə öz təhlükəsizliyini təkbaşına təmin edə bilmir və müdafiə sənayesinin gücləndirilməsi vacibdir.
Baş nazir Sanae Takaiçi isə qeyd edib ki, dəyişikliklər fonunda müdafiə avadanlıqlarının ixracı əvvəlki məhdudiyyətlər olmadan mümkün olacaq. Əvvəllər bu ixrac yalnız xilasetmə, nəqliyyat, müşahidə və mina təmizləmə kimi məhdud məqsədlərlə icazə verilirdi.
Yeni qaydalara əsasən, Yaponiya tərəfdaş ölkələrlə ehtiyat hissələri və komponentlərin mübadiləsini genişləndirəcək, döyüş silahları isə yalnız xüsusi razılaşmalar çərçivəsində tədarük olunacaq.
















