“Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb”.
1xeber.media xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
“Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”, - o qeyd edib.
Xatırladaq ki, hazırda Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilir.
Buna səbəb isə bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranmasıdır.

















