
Bakı Metropoliteninin əməkdaşı vəfat edib.
1xeber.media oxu.az-a istinadla xəbər verir ki, metronun "Qara Qarayev" stansiyasının rəisi vəzifəsində çalışan 56 yaşlı Şaiq Heydərov bu gün səhər saatlarında dünyasını dəyişib.
Onun uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.
Ş.Heydərov Birinci Qarabağ müharibəsinin qazisi idi.

















