Xəbər verildiyi kimi, TƏBİB-in yeni icraçı direktorunun 6 müşaviri işdən çıxarılıb.
1xeber.media-nın əldə etdiyi məlumata görə, TƏBİB rəhbərinin müşavirləri yüksək əməkhaqqı alırlarmış. Belə ki, onların ayda 15 min manata yaxın məvacib aldıqları məlum olub.
Bununla yanaşı, müşavirlərin hər rübdə maaş qədər də əlavə məvacib aldıqları bildirilir. Orta hesabla TƏBİB rəhbərinin müşavirləri il ərzində ümumilikdə 1 milyon manatdan çox maaş alıblar.
Xatırladaq ki, TƏBİB-in yeni icraçı direktorunun müşavirləri Elşad Məmmədli, Zeynal Bayramlı, Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu da tutduqları vəzifələrdən azad olunublar.

















