
1xəbər.media xəbər verir ki, Türkiyə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenin Ankarada təəccüb doğuran açıqlamasından sonra aydınlıq gətirilməsini istəyib.
Ankaranın reaksiyasına fon der Leyenin Hamburqda keçirilən tədbirdə Avropa Birliyinin (AB) Rusiya, Türkiyə və ya Çinin təsirindən azad şəkildə Avropa qitəsinin formalaşmasını başa çatdırmalı olduğunu bildirməsi səbəb olub. Bu, Türkiyəni potensial təhdidlərlə eyniləşdirmək kimi qəbul edilib.
Avropa Komissiyası aydınlıq gətirib ki, AK prezidentinin açıqlamaları kontekstdən çıxarılıb.
Agentlik AK sözçüsü Paula Pinhonun sözlərinə istinadən bildirib ki, "Türkiyəyə istinad onun geosiyasi təsirinin, ölçüsünün və ambisiyalarının tanınması idi və heç bir başqa ölkə ilə müqayisə nəzərdə tutmurdu".
O, ölkəsinin həm iqtisadi, həm də siyasi sahədə AB üçün vacib tərəfdaş olaraq qaldığını vurğulayıb.

















