Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib.
1xeber.media xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova əmr imzalayıb.
Əmrə əsasən, Pərvin Quliyeva BŞTİ-nin Təhsilalanlarla iş sektorunun müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, P. Quliyeva bu təyinatadək Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsində baş mütəxəssis, MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsində məsləhətçi, Təhsil İnstitutunun Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb.

















