Ukrayna Rusiyanın Samara vilayətinin Sızran şəhərinə dron zərbələri endirib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Zərbələr nəticəsində yaşayış binasının giriş hissəsi qismən çöküb. İki uşaq da daxil olmaqla, 11 nəfər xəsarət alıb.
Qeyd edək ki, yerli neft emalı zavodu göstərilən geolokasiyadan 3 kilometr aralıda yerləşir.
***
Xilasetçilər Rusiyanın Samara vilayətinin Sızran şəhərində yaşayış binasının girişinin qismən çökməsi nəticəsində həlak olan iki nəfərin cəsədini aşkar ediblər.
Bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat verib.
Məlumata görə, hadisədən sonra 8 nəfər müvəqqəti yerləşdirmə məntəqələrində yerləşdirilib.
Bundan başqa, vilayət qubernatoru Vyaçeslav Fedorişev Sızranda PUA-ların hücumu nəticəsində 2 çoxmənzilli ev zədələnib.
Onun sözlərinə görə, 12 nəfər xəsarət alıb.

















